Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:55

Avrozona ölkələri borc böhranında ilkin razılığa gəliblər


Cərşənbə gününədək avro zonanın borc böhranından çıxmasıyla bağlı tədbirlər paketində razılıq əldə olunacaq.

Bunu Fransa prezidenti Nicolas Sarkozy bazar günü avrozona ölkələri maliyyə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı deyib.

Sarkozy və Almaniyanın kansleri Angela Merkel Avropa Birliyinin bu gün başlanan sammiti ərəfəsində məsələylə bağlı irəliləyiş olduğunu deyirlər.

Avropa Birliyinin sammitində əsasən avro və Avropa banklarının gücləndirilməsinə yönəlmiş planın qəbulu müzakirə olunacaq.

Ötən cümə günü defolt təhlükəsi ilə üzləşmiş Yunanıstana 8 milyard avro məbləğində növbəti yardım vəd edilib.

Əgər Beynəlxalq Valyuta Fondu da qərarı dəstəkləsə, Afina noyabrın ortalarında növbəti yardım ala biləcək.
XS
SM
MD
LG