Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:20

Həkimi Chavezin 2 ildən çox yaşamayacağını deyir


Venesuela prezidenti Hugo Chavez 2 ildən çox yaşamayacaq.

Bunu onun şəxsi həkimi Navarrete Meksikanın Milenio jurnalına müsahibəsində deyib.

Doktor Navarrete 10 il idi ki, Chavezi müalicə edir, ailəsiyə yaxından əlaqə saxlayırdı.

Müsahibədən sonra həyatından qorxan həkim dərhal polisə müraciət edib.

Amma Chavez cümə axşamı Kubadan növbəti müayinədən qayıdarkən tam sağaldığını deyib.

O xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkir.
XS
SM
MD
LG