Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:46

Berlində Azərbaycan müzakirə olunur


Avropa Azərbaycanlılarının Vətəndaş Forumu (FACE) Berlində növbəti konfransını keçirir.

Konfrans Azərbaycan-Avropa münasibətləri, Azərbaycanda siyasi məhbuslar və demokratiya məsələlərinə həsr olunub.

Konfransda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edir.

Bu, Avropada yaşayan bir qrup gəncin 3 il əvvəl yaratdığı Forumun sayca 3-cü toplantısıdır. FACE-nin bundan əvvəlki toplantıları Strasburqda və İstanbulda keçirilib.

Tədbirə avropalı qonaqlar da dəvət edilib.

FACE-nin konfransı oktyabrın 24-ə qədər davam edəcək.
XS
SM
MD
LG