Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Gaddafinin qəbiləsi onun cəsədini tələb edir


Liviyanin keçmiş lideri Muammar Gaddafinin qəbiləsi Müvəqqəti Milli Şuradan
Qaddafi, onun oğlu və cümə axşamı onlarla birlikdə Sirtdə öldürülmüş adamların cəsədlərini tələb edir.

Qəbilə cəsədlərin qohumlarına qaytarılması üçün BMT, İslam Konfransı və Amnesty İnternational təşkilatlarını müvəqqəti milli şuraya təzyiq göstərməyə çağırır.

Qəbilənin bəyanatını Gaddafi tərəfdarlarına məxsus Suriyadakı Al Rai televiziya kanalı yayıb.

Məlumatlara görə Gaddafinin qanlı cəsədi şənbə günü Misratadakı bazarlardan birində soyuducunun buzxanasına qoyulub.

Yeni Liviya rəhbərliyi onun harda dəfn ediləcəyini hələlik müəyən etməyib.

Məlumatlara görə Gaddafi ilə oğlu ələ keçərkən sağ olublar.

BMT və Birləşmiş Ştatlar yeni Liviya rəhbərliyini Gaddafinin ölümünə aydınlıq gətirməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG