Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

Sabah Avropa Birliyinin borc böhranıyla bağlı sammiti başlanır


Avropadakı borc böhranı, Böyük Britaniyada daxil olmaqla bütün Avropa Birliyi ölkələri üçün real təhlükədir.

Bunu Britaniyanın baş naziri Corc Osborn (George Osborne) deyib.

O qeyd edib ki, yırtığı yamamaq yox, problemi kökündən həll etmək lazımdır.

Avro zonasına daxil olan ölkələr cümə günü defolt təhlükəsilə üzləşmiş Yunanıstana 8 milyard avro növbəti kredit verilməsi barədə qərar qəbul ediblər.

Əgər bu qərarı Beynəlxalq Valyuta Fondu da təsdiqləsə, Afina noyabrın ortalarında növbəti yardım ala biləcək.

Bazar günü Avropa Birliyinin avro zonasındakı borc böhranıyla bağlı sammiti başlanır.
XS
SM
MD
LG