Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:59

Tikinti şirkətlərinin rəhbərləri həbs edilib


Foto: Arxiv
Foto: Arxiv
Bir neçə tikinti şirkətinin rəhbər şəxsləri həbs edilib.

Bu barədə Baş Prokurorluq oktyabrın 22-də məlumat yayıb.

Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən «Kamran B.Ə.» MMC-nin təsisçisi Ələkbər Babayev, şirkətin icraçı direktoru Qerman Hüseynov və tikintidə nəzarətçi işləmiş Süleyman Əliyev həbs ediliblər. Şirkətin direktoru işləmiş Rüfət Nağıyevin isə yaşı və səhhəti nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bu şirkət bir mənzili bir neçə nəfərə satmaqda ittiham olunur.

Eyni hərəkətlərə yol verdiyi bildirilən «Birlik-İnşaat» MMC-nin təsisçisi və sədri Elman Tağıyevin də barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, «AQ İnşaatçı Servis» şirkətinin keçmiş direktoru Şakir Əliyev həbs edilib. O, 2010-2011-ci illərdə adamları aldadaraq 1 milyon 243 min manatı mənimsəməkdə təqsirli bilinir.

Bir neçə gündür tikinti şirkətləri tərəfindən aldadılan payçılar Bakıda aksiyalar keçirirlər. Sonuncu aksiyanı «Kamran B.Ə.» MMC-dən ev alanlar keçirib.
XS
SM
MD
LG