Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:21

Analoqsuz inkişaf, zibil poliqonu – Balaxanı...


Foto: Arxiv
Foto: Arxiv
«ÖLKƏNİN QAZ GƏLİRLƏRİ GİZLƏDİLİR». «Bizim yol» qəzeti yazır ki, Neft Fondu və Gömrük Komitəsi xaricə satılan mavi yanacaqdan daxil olan vəsaiti açıqlamır:

«Dövlət Gömrük Komitəsinin də hesabatlarında ölkədən ixrac olunan enerji resurslarına dair məlumatlarda «Şahdəniz I» yatağından hasil olunan qazın nəzərə alınmadığı göstərilir. Halbuki, qaz təbii resurs olaraq dövlətə və xalqa məxsusdur. DGK-nin hesabatı da dövlətə məxsus sənəddir. Bu istiqamətdə gəlirlərin gizlədilməsi isə şübhələrə yol açır».

«Futbol +» qəzetindəki «KLUBLAR BİRLİYİ İDEYASINA «YAŞIL İŞIQ» yazıda Azərbaycandakı futbol klublarının bir Klublar Birliyində birləşməsi ideyasına toxunulur. Qəzetdə bu ideyaya ölkədəki futbol klublarının rəhbərlərinin fikirləri yer alıb.

«Niyə də bu Azərbaycanda mümkün olmasın?! Əməlli-başlı mümkündür. Klublar yığışıb bütün problemləri birgə həll edə bilər. Yoxsa hər şeyi AFFA-nın ixtiyarına vermişik, onlar da istədiyi edir», - deyə klub prezidentlərindən biri bildirir.

«Yeni Müsavat» qəzeti yazır ki, «ANALOQSUZ İNKİŞAF» axsayır:

«Son 1 ildə ərzaq 11.4 faiz bahalaşıb. Azərbaycan inflyasiya səviyyəsinə görə MDB-də öndə, ÜDM-də artıma görə isə sonda gedir».

Qəzet qeyd edir ki, «Beləliklə, rəsmi təbliğatın «analoqu olmayan inkişaf»la bağlı nağılları elə nağıl da olaraq arxivə gömülür. Neft hasilatının azalması hökumətin bütün eyiblərin üzə çıxarır».

«Azərbaycan» qəzetində müstəqilliyinin 20 illiyi silsiləsindən yazılar davam edir. Azərbaycan Texniki Universitetin rektoru Havar Məmmədov qəzetdə bir səhifəlik məqalə yazıb.

«Hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur» - deyə rektor yazır.

«Azadlıq» qəzeti Balaxanı zibilliyindən, orda özünə iş və yemək axtaran insanlardan bəhs edir:

«ZİBİL POLİQONU – BALAXANI» başlıqlı yazıda qəzet milyonçu babaların kasıb nəvələrinin zibillikdə eşələndiyini yazır:

«Vaxt var idi Balaxanı milyonçuları şam yeməyinə Fransaya gedirdi. İndi isə o milyonçuların kasıb nəvələri Bakının ortabab kafelərində belə nahar edə bilmir…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG