Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09
«Rusiyada rüşvətin orta həddi 250 min rubl -təqribən 8 min dollar təşkil edir. Xüsusi təhlükəli işlər üzrə alınan rüşvətin həcmi isə milyon yarıma (təqribən 38.000 dollar) qalxıb».

Bunu Rusiya Daxili İşlər nazirinin müavini Sergey Bulavin deyib.

Daxili İşlər Nazirliyinin statistikası son 3 il ərzində rüşvətin 3 dəfə artdığını göstərir.

Nazir müavini 2010-cu illə müqayisədə 2011-ci ildə rüşvətin həcminin 300 min rubl artdığını bildirir.

Rüşvətlə mübarizə aparıldığını bildirən rəsmilər ötən il yalnız orduda 19 generalın həbs olunduğunu deyirlər.

Rusiyada rüşvət şəklində dövriyyədə olan pulun həcminin isə 300 milyard dollar təşkil etdiyi bildirilir.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, ölkədə rüşvətin orta həcmi 5285 rubldur, 2010-cu ildə isə Rusiya vətəndaşlarının məmurlara verdiyi rüşvət 164 milyard rubla yaxın olub.

Ekspertlər isə rəqəmlərin daha yüksək olduğunu və bunun rüşvətin hesablanması metodikası ilə uyğun gəlmədiyini qənaətindədirlər.

Rusiya Daxili İşlər Nazirliyi isə 2011-ci ildə rüşvətin həcminin belə yüksək həddə qalxmasını il ərzində böyük miqdarda rüşvət almaqda ittiham olunan bir neçə məmurun həbsi ilə əlaqələndirir.

Şərhləri göstər

XS
SM
MD
LG