Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28
Media Hüququ İnstitutunun təlim keçirməsinə "Sərbəst toplaşma azadlığı haqda" qanuna əsasən icazə verilməyib.

Bu barədə AzadlıqRadiosun Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ruslan Qardaşov məlumat verib. Onun sözlərinə görə, prosedur qaydalara əsasən hər hansı tədbirin keçirilməsi ilə bağlı ən azı 3-4 gün əvvəl müraciət edilməlidir:

"Onlar oktyabrın 22-də tədbir keçirməyi planlaşdırırlar. Amma bununla bağlı bizə bu gün müraciət edirlər. "Sərbəst toplaşama Azadlığı haqda" qanuna əsasən aksiya, mitinq, yürüş həmçinin hər hansı təlimlərin keçirilməsi, insanların bir araya toplaşması üçün də yerli İcra Hakimiyyətinə qanunda göstərilən müddət ərzində müraciət olmalıdır".

İCRA HAKİMİYYƏTİ TƏDBİRİ MƏQSƏDƏUYĞUN HESAB ETMİR

Media Hüququ İnstitutu (MHİ) oktyabrın 22-də Gəncədə jurnalistlər üçün mediada peşəkarlığın, informasiya əldə etmə vərdişlərinin artırılması ilə bağlı treninq keçirməyi planlaşdırırdı. MHİ-nin proqram koordinatoru Xalid Ağaliyevin sözlərinə görə, müracitlərinə cavab olaraq bildirilib ki:

“İcra Hakimiyyəti rəhbərliyi Gəncədə belə treninqin keçirilməsini məqsədəuyğun hesab etmir. Treninqlərdən öncə bunun üçün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasından icazə almaq tələb olunur".

MHİ rəhbərliyi, Prezident Adminstrasiyasına müraciət etsələr də heç bir nəticəsi olmayıb.

Xalid Ağalıyev deyir ki, 2006-cı ildən müxtəlif bölgələrdə jurnalistlər, eləcə də dövlət qurumlarının informasiyalarla işləyən nümayəndələri üçün 100-dən artıq treninq keçiriblər. Amma treninqlərin təşkili ilə bağlı ilk dəfə
belə problemlə qarşılaşıblar.

O, heç bir qanunda treninqlərin, təlimlərin keçirilməsi ilə bağlı razılaşdırma nəzərdə tutulmadığı halda yerli icra hakimiyyətinin bu addımını qanunsuz hesab edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG