Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:17
Texas Universiteti Cənubi Afrikadan olan Nobel mükafatlı yazar J.M. Coetzee-nin arxivindən155 qutu bədii əsər əlyazması, nitq mətnləri, esselər və naşirlərə məktublar alıb.

Arxiv universitetin Harry Ransom Mərkəzinin kitabxanasında saxlanacaq.

1,5 milyon dəyəri olan arxiv materiallarının alınmasında Texas Universiteti öz maliyyəsi yanaşı fərdi şəxslərin verdiyi qrantlardan da istifadə edib.

Əlyazmalar arasında J.M. Coetzee-nin "Life & Times of Michael K," (“Cənad K.-nin həyatı”) adlanan romanının 8 qaralaması da var. Bunlar araşdırmaçılara yazıçının öz əsərlərinin surətləri və süjeti üzərində necə işlədiyini izləmək imkanı verir.

2003-cü ildə Nobel mükafatı alan və uzun müddətdir Avstraliyada yaşayan 71 yaşlı yazar indiyəcən 13 kitab nəşr etdirib.

Bunlar Cənubi Afrikanın irqçilik və sosial parçalanma ilə müşayiət olunan tarixinin güzgüsüdür.

Onun iki romanı ayrı-ayrı vaxtlarda ingilisdilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatına – Man Booker ödülünə layiq görülüb.

Nobel mükafatlı Britaniya yazıçısı Doris Lessing-in arxivi də Texas Universitetinin Harry Ransom Mərkəzindədir.

Mərkəzdə Samuel Beckett, T.S. Eliot, Ernest Hemingway, George Bernard Shaw, Isaac Bashevis Singer, John Steinbeck və W.B. Yeats kimi məşhur yazarların da əlyazmaları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG