Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Ombudsman: «Növbə ilə sağlamlıqlarına ziyan vurmadan aclıq edirlərsə...»


Elmira Süleymanova

Elmira Süleymanova

Ombudsman Elmira Süleymanova 2 aprel məhbuslarının ailə üzvlərinin və yaxınlarının aclıq aksiyasına münasibət bildirib:

«Bizə bilavasitə müraciət olmayıb. Amma Ombudsman təkcə müraciətlər üzrə işləmir. Biz qəzetlərin monitorinqini aparırıq və bu hal bizə məlumdur. Həmişə bizə çətinlik yaradan səbəb məhkəmənin qərarıdır».

E.Süleymanova deyir ki, məhkəmə hökmünə müdaxilə etmək səlahiyyətləri yoxdur:

«Ombudsmanın əsas vəzifəsindən biri saxlanma şəraiti ilə tanışlıq, zorakılıq hallarının olub-olmamasını araşdırmaqdır. 2 aprel aksiyasında saxlananlar həbs qərarının çıxarılmasına etiraz edirlər. Lakin bizim məhkəmənin hökmünə müdaxilə səlahiyyətimiz yoxdur. Mənim məhkəmənin doğru və ya yanlış hökm çıxardığını deməyim yolverilməzdir».

Müsavat Partiyasının qərargahında 8 gündür keçirilən aclıq aksiyası oktyabrın 21-də dayandırılıb.

Aksiya iştirakçıları müxalifət fəallarının buraxılmasını tələb edirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG