Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

ABŞ BMT-də Azərbaycana səs verəcəkmi?


«ABŞ heç vaxt BMT Təhlükəsizlik Şurasına keçiriləcək səsverməni əvvəldən şərh etmir».

Vaşinqtonun Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmasını dəstəkləyib-dəstəkləmədiyi haqda suala cavabında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) belə deyib.

Səfir bildirib ki, Azərbaycanın bütün istiqamətlərdə uğurunun şahidi olmaq istəyir:

«Mən bunu arzulayıram. Amma mənim bu dediklərimin ABŞ-ın səsvermədə necə iştirak edəcəyi ilə heç bir bağlılığı yoxdur».

Oktyabrın 21-də BMT Baş Assambleyası 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 5 yeni qeyri-daimi üzvünü seçəcək. Şərqi Avropa dövlətləri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya namizədliyini irəli sürüb. Azərbaycan heç vaxt BMT TŞ-nin üzvü olmayıb.

Təhlükəsizlik Şurası təşkilatın 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin Xalq Respublikası, Fransa, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha 10 qeyri-daimi üzvü Baş Assambleya iki il müddətinə seçir. Hər il onlardan 5-i dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG