Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) 2 aprel aksiyaçılarının həbsinə etiraz olaraq keçirilmiş aclıq aksiyasına münasibət bildirib.

Səfir jurnalistlərə bildirib ki, 2 aprel aksiyasında iştirak edənlərin həbsindən təəssüflənir:

«Heç kim öz fikirlərini ifadə etdiyinə görə tutula bilməz. Biz tutulanlarla bağlı təəssüfümüzü ifadə etmişik. Şəffaf məhkəmənin əhəmiyyətini vurğulamaqda davam edirik. Hər bir şəxs ədalətli məhkəmə ilə təmin olunmalıdır. Məhkəmə prosesinin ədalətli olması çox mühüm və vacibdir. Dünən eşitdim ki, Bakı Apellyasiya Məhkəməsi bir iş üzrə əvvəlki məhkəmə qərarını dəyişib və müsbət qərar verib. Mən bu xəbərdən çox şad oldum».

Məhbus Ailələri Komitəsinin oktyabrın 14-dən başladığı aclıq aksiyası oktyabrın 21-də dayandırılıb. Bu haqda AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.

Bundan sonra yeni aksiyalar keçirilməsi planlaşdırılıb.

Aclıq 2 aprel aksiyaçılarının və ölkədəki bütün siyasi məhbusların buraxılması tələbi ilə keçirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG