Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27
Oktyabrın 21-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə İran-Azərbaycan sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub.

Bu barədə İran Dövlət Televiziyasının rəsmi saytı məlumat verir.

Oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması müşahidə edilib.

Əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış təşkil olunub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG