Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:55

20 Yanvar yarmarkasının sökülməsi, müfəttişlərin sürücünü döyməsi...


Foto: Arxiv
Foto: Arxiv
«YER ÜZƏRİNƏ SÜLHÜ GƏTİRƏN DAHİ»

«Azərbaycan» qəzeti Bakıda keçirilən Beynəlxalq Forumun iştirakçılarından, iordaniyalı şərhçi-jurnalist Sudah Maruanla müsahibə dərc edib. S.Maruan «dünyanın aparıcı KİV-ləri ərəb ölkələrində baş verən hadisələrin işıqlandırılmasında nə dərəcədə obyektivdir» sualını belə cavablandırıb:

«Təsəvvür edin bir adam əlində çətirlə dayanıb. Güclü, çirkli yağış çətirin üstündən axıb aşağı tökülür. Nə qədər yağsa da, çətirin altındakı adam islanmır, amma aşağı-ətraf palçığa bulanır. Çətirin altı Qərbdir, ora təmizdir, aşağı isə Şərqdir - palçığın içindədir. Bu məcazi yağış da Qərb KİV-nin yuxarıdan aşağıya Qərbdən Şərqə yağdırdığı çirkab – yalandır».

S.Maruan prezident İlham Əliyevi sülhün və bəşəriyyətin müharibələrlə vidalaşması üçün yeni münasibətlər modeli yaratdığını vurğulayıb.

«Yeni Müsavat»«Azadlıq» qəzetləri Liviya lideri Müəmmər Qəddafinin öldürülməsindən yazır.

«Azadlıq» qəzeti habelə 20 Yanvar yarmarkasının söküldüyünü bildirir.

«MERİYANIN QARŞISI DÖYÜŞ MEYDANINA ÇEVRİLDİ»

«Bizim Yol» qəzeti tikinti şirkəti tərəfindən aldadılan sakinlərin oktyabrın 20-də Bakı şəhər İcra Hakimiyyəti qarşısındakı aksiyasından yazır. Polis aksiyanın qarşısını alıb.

«Yeni Müsavat» qəzeti yazır ki, nəqliyyat müfəttişləri keçirdikləri reyd zamanı bir sürücünü döyüblər. Qəzetə danışan sürücülər bildiriblər ki, «London taksiləri» gətirildikdən sonra onlara qarşı təzyiqlər daha da artıb:

«Bütün bu tədbirlər köhnə taksilərin sıxışdırılması ilə bağlıdır».

«MÜSTƏQİLLİK AKTI QƏBUL OLUNMASAYDI, SSRİ NƏSLİMİZİ KƏSƏCƏKDİ». «Yeni Müsavat» qəzeti bu başlıq altında rəssam Füzuli Axundovla müsahibə dərc edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG