Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:55

Liviyalılar Qaddafinin ölümünü bayram edir


Liviyanı uzun müddət idarə etmiş Muammar Qaddafinin ölüm xəbərini alan liviyalılar paytaxt Tripolidə və ölkənin digər şəhərlərində şənliklər keçirilər. Beynəlxalq ictimaiyyət Qaddafinin ölümündən sonra liviyalıları yeni, demokratik gələcək üzərində işləməyə çağırıblar.

Yayılmış video kadrlarda Qaddafi doğma şəhəri Sirtdə kanalizasiya borusunun içindən ələ keçirildikdən sonra yaralı vəziyyətdə görünür. Həmin kadrlarda o sağ görünür.

Milli Keçid Şurası bildirib ki, Qaddafi tərəfdarları ilə Milli Keçid Şurası qüvvələri arasındakı atışma zamanı yaralanıb. Xəbərdə bildirilir ki, onlara Qaddafini öldürmək haqqında göstəriş verilməyibmiş.

Baş nazir Mahmud Jibril bildirib ki, Qaddafi başından aldığı güllə yarasından ölüb. Bundan əvvəl isə belə məlumat yayılmışdı ki, Qaddafi ələ keçirilməmişdən az əvvəl içərisində keçmiş Liviya liderinin olduğu da bildirilən konvoya ABŞ və Fransa hərbi hava qüvvələri zərbələr endirib. Qaddafinin oğlu Mutassim və onun müdafiəsinə rəhbərlik edən Abu Bakr Yunis Jabarın da Sirtdə öldürüldüyü bildirilir.

Qaddafinin meyiti Misrataya aparılıb. Onun harada basdırılacağı hələ bilinmir. Dəfninin çox güman ki, gizli olacağı bildirilir.

Milli Keçid Şurasının ya şənbə günü, ya da bundan da tez Liviyanın Qaddafi rejimindən tam azad olunduğunu elan edəcəyi gözlənilir.
XS
SM
MD
LG