Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:14

Əlcəzairli yazıçıya "demokratiya uğrunda mübarizəsinə görə" mükafat verildi


Boualem Sansal

Boualem Sansal

Feyziyyə Hacıyeva


Əlcəzair yazıçısı Boualem Sansal öz ölkəsində demokratiya uğrunda apardığı mübarizəyə görə Franskfurt kitab sərgisinin ən böyük mükafatına - Sülh mükafatına layiq görülüb.

Dəyəri 25 min avro olan ödülün təqdim edildiyi Sansal deyib ki, "bu mükafat qəddar və arxaik diktaturalardan qurtulmaq istəyən bölgə xalqlarını ruhlandıracaq".

Yazıçı ümid etdiyini bildirib ki, "ərəb yazı" - bu ilin əvvəlindən başlanan inqilablar dalğası əlcəzairlilərin də "nəhayət ki özlərini azad edərək" demokratik dövlətə sahiblənmələrinə aparıb çıxaracaq.

Almaniyanın xarici işlər naziri Guido Westerwelle Sansalı təbrik edərək deyib ki, "onun Əlcəzairdə azad və demokratik cəmiyyət qurulması istəyinin gerçəkliyə çevrilməsini" arzulayır.

Almaniya Kitab Tacirləri Birliyinin təsis etdiyi və hər il Frankfurt sərgisində təqdim edilən Sülh mükafatına bundan əvvəl layiq görülmüş yazarlar arasında Orxan Pamuk, Vaslav Havel və Süzan Zontaq da olub.

Sansal 1949-cu ildə Əlcəzairdə anadan olub. O, roman yazmağa 50 yaşından sonra, yəni dövlət orqanlarında tutduğu yüksək vəzifədən gedəndən sonra başlayıb.

1992-ci ildə prezident Boudiafın qətli və İslam fundamentalizminin getdikcə yayılması onu öz ölkəsi haqqında yazmağa ruhlandırıb.

O, kitablarını fransızca yazır. İndiyəcən Fransada bir sıra nüfuzlu mükafatlara, o cümlədən 1999-cu ildə Prix du Premier Roman mükafatına layiq görülüb.

Sansalın son romanı olan "Le village de l'Allemand ou le journal des frères Schiller" iki əlcəzairli qardaş haqqındadır.

Onlar öz ailələrinin keçmişini araşdırarkən atalarının müharibədən sonra Əlcəzairə qaçmış nasist zabiti olduğunu aşkarlayırlar.

Kitabda İslam fundamentalizmi ilə nasizm arasında paralellər də nəzərdən keçirilir.

Əsər ingilis dilinə çevrilərək ABŞ-da çap edilib.

Kitablarının doğurduğu mübahisələrə baxmayaraq Sansal ailəsi ilə birlikdə Əlcəzairdə yaşamağa davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG