Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:50

Beynəlxalq aləm Liviya üçün tarixi məqam açıldığını deyir


Devrilmiş Liviya lideri Muammar Qaddafinin ölümünə beynəlxalq reaksiyalar gəlməkdədi.

ABŞ,Böyük Britaniya və Fransa liderləri Liviyada daha azad və demokratik cəmiyyət qurulması üçün imkan açıldığını deyirlər.

Həmçinin BMT-nin baş katibi Ban Ki Moon hadisənin Liviya üçün tarixi məqam olduğunu bildirib.

Muammar Qaddafi cümə axşamı doğma şəhəri Sirtdə öldürülüb və cəsədi
Misrata şəhərinə aparılıb.

Onun oğullarından biri Mutassim də öldürülüb.

Digər oğlu Saif al İslamın isə öldürüldüyü və ya ələ keçirildiyi bildirilir.

69 yaşlı Qaddafi 1969-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG