Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:15

Qaddafinin ölüm xəbərinə Bakıdan gələn əks-səda...


Liviyanın keçmiş lideri Muammar Gaddafinin ölümü ilə bağlı yayılan məlumatlara Azərbaycandakı siyasətçilərin və ekspertlərin münasibəti:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli:

“Liviyadakı son durum onu göstərir ki, 21-ci əsrdə tiranlara, diktatorlara yer yoxdur və olmayacaq. Heç kim qaçıb qurtara bilməyəcək. 10 illər ərzində ailə hakimiyyəti yaradan, xalqları istismar edən, onların var-dövlətini talan edən, xalqları ağır vəziyyətdə yaşamağa məcbur edən insanlar heç bir halda ədalətdən yayına bilməyəcəklər. Bu, bütün avtoritar liderlərə güclü bir xəbərdarlıqdır. Hesab edir ki, bütün bu hadisələrdən hərə öz dərsini almalıdır”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov:

“Hər kəsin bu hadisələrdən dərs götürməsi öz yerində, amma bundan təkcə rəhbərlər yox, həm də xalqlar və elitalar da nəticə çıxarmalıdırlar.Biz müşahidə edirik, hələ ki hadisələr baş verən ölkələrdə müsbətə doğru heç bir dəyişiklik yoxdur. Qəddafi lap getdi, öldü, Səddam Hüseyni asdılar. Kim deyər ki, indi İraqdakı vəziyyət, ya da ki, Misirdəki vəziyyət əvvəlkindən yaxşıdır. Sadə insanları nəzərdə tuturam. Ölkəni uzun müddət idarə edən avtoritar şəxsin hakimiyyətdən getməsi ilə məsələ bitmir, əsas məsələ insanların alternativ və daha effektiv idarə etmə sistemi yaratmasıdır”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu:

Gaddafinin ölməsi ilə Liviyada hansısa ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Bu həm də o deməkdir ki, son baş verənlər ərəb ölkələrindəki hadisələrin sönmək üzrə olduğunu göstərir. Bununla da Ərəb ölkələrindəki inqilabın passionarlığı demək olar ki, tükəndi. İndi bir aktiv region Suriyadır və onu da Qərb müəyyən mənada belə saxlamaqda hələ maraqlıdır. Çünki istəyirlər ki, Suriyadan sonra o proseslər İrana keçsin. Mən hesab edirəm ki, bütün proseslər İranda yekunlaşacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG