Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34
“Dmitri Medvedev baş nazir kimi də çox zəif olacaq, o artıq ölkə ilə bağlı məsələlərin həllində öz bacarıqsızlığını göstərib”.

Bunu AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində vəzifəsindən məhrum olmasının bir illiyi ərəfəsində Moskvanın keçmiş meri Yuri Lujkov deyib.

Moskvanın sabiq meri “Vahid Rusiya”nın gələcəyi barədə çox bədbin danışıb, bu partiyanın öz şöhrətini itirdiyini deyib:

“Vahid Rusiya” istər Medvedevlə, istərsə də Medvedevsiz ciddi dərs alacaq və ciddi şəkildə dəstəkdən məhrum olacaq. Çünki “Vahid Rusiya” partiyası insanların arxasında dayanmayıb, xalqı müdafiə etməyib, sadəcə hökumətə, prezident admnistrasiyasına xidmət edib”.

“VAHİD RUSİYA” ŞÖHRƏTİNİ BİRDƏFƏLİK İTİRƏCƏK”

Yuri Lujkov “Vahid Rusiya”nın yalnız rəhbərlərindən biri deyildi. O həm də bu partiyanın mənbəyində dayanırdı, mer vəzifəsindən kənarlaşdırılması ilə eyni zamanda hakimiyyət partiyasını da tərk etdi. Partiyadan gedərkən Lujkov partiyadaşlarını ona qarşı başlanan informasiya müharibəsinin qarşısını almamaqda qınayıb. Bu gün isə o partiyanın öz şöhrətini birdəfəlik itirəcəyini proqnozlaşdırır:

“Vahid Rusiya”nın nüfuzu bu gün sadəcə dağılır, hətta radikal formada. Bu partiyanın rəhbərliyində olan insanlar zəifdirlər, onların təşkilatçılıq və əqli potensialları solğundur. Partiyanın özü isə ola bilsin ki məhz bu cür insanların şəxsi keyfiyyətləri sayəsində rahat, kanfortlu partiyaya çevrilib. “Vahid Rusiya”nın rəhbərliyi özü üçün qərar verib ki, nəyə xidmət etmək daha rahatdır. Qrızlov lider kimi yox, bu partiyanın rəhbəri kimi elə bir şəxsiyyətdir ki, həmişə xidmət göstərib, müstəqil mövqe ortaya qoymağa qadir deyil. Nəinki ali rəhbərliklə münasibətdə, hətta öz həmkarı Mironovla da çəkişmək gücündə deyil, çünki çox zəifdir. Bir neçə dəfə olub ki, Mironov ona elə “daş atıb” ki, bəlkə də elə ali rəhbərliyin köməyi ilə, hətta partiyanın rəhbərliyində olan biz də bundan çox heyrətlənmişik”.

“MEDVEDEVDƏNSƏ PUTİN...”

Rusiya siyasətində rokirovka, başqa sözlə, yerdəyişməyə gəlincə, Lujkov Putin-Medvedev tandeminin sarsılmaz olduğuna o qədər də inanmadığını bildirir. Xüsusən də, əgər hazırki prezident Medvedev yenidən baş nazir seçilərsə:

“Bu proseduraya gəlincə, Putinin prezidentliyə rotasiyası Medvedevin prezidentliyinin irəli sürülməsindən daha doğru addımdır. Medvedev artıq ölkə ilə bağlı məsələlərin həllində özünün bacarıqsızlığını göstərib. Amma onu da deyə bilərəm ki, Medvedevin yenidən baş nazirliyə namizədliyi Rusiya üçün onun prezidentliyi qədər dramatikdir. Medvedev ölkəni yüksək səviyyədə idarə etməyə hazır insan deyil. Bu təkcə prezidentliyə yox, həm də baş nazirliyə aiddir. Medvedev baş nazir kimi də zəif olacaq. Bu gün Rusiyaya hakimiyyəti, prezidenti dəyişərək elə bir adamı başa gətirmək lazımdır ki, ölkənin iqtisadiyyatını dirçəldə bilsin. Neftin, qazın, təbii resursların hesabına yox, sadə məhsulların, istehsalın hesabına. Kənd təsərrüfatından başlamış avtomobil, təyyarə, elektronika, dərman istehsalı və s. itirdiyimiz hər bir şeyi bərpa etmək lazımdır. Biz bu gün kənd təsərrüfatı istehsalı sahəsində 70 faiz idxaldan asılıyıq. Yeri gəlmişkən, bu elə həmin pullardır ki, hökumət neftdən aldığı dollarlar hesabına xərcləyir”.

“Vahid Rusiya”nın seçkidə necə iştirak etməsindən asılı olmayaraq Dmitri Medvedevin baş nazir kürsüsünə oturacağından əmin olub-olmaması sualına gəlincə sabiq mer deyir ki, bu məsələdə yenə də, siyasi tandemə və Putinin nüfuzuna sadiqlik işə düşə bilər.

Sayta hazırladı: Ülkər Akifqızı

Günün bütün mövzuları

XS
SM
MD
LG