Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:19

Bakıda səyyar sirk


«Fantaziya Sirk»
«Fantaziya Sirk»
Oktyabrın 15-dən Tofiq Bəhrəmov adına stadionun qarşısında böyük çadır qurulub. Bu çadırda səyyar sirk öz proqramını nümayiş etdirir. Fransa, Rusiya, Ukrayna, Polşa, Belarusdan gələn sirk ustaları noyabrın sonuna kimi burada şou göstərəcəklər.

«SƏYYAR SİRK YALNIZ TELEVİZİYADA GÖRMÜŞƏM»

İlk dəfə səyyar sirkə gələn uşaqlarla yanaşı, böyüklər də həyəcanlı görünürdü. 50 yaşlı Afaq Tahirova:

«Mən bu yaşa çatmışam, amma səyyar sirk görməmişəm. Yalnız televiziyada görmüşəm ki, səyyar sirklə müxtəlif yerləri gəzirlər. İndi nəvəmi gətirmişəm, özüm üçün də fürsət olub».

6-8 MANATA 2 SAATLIQ PROQRAM

Bazar ertəsi istisna olmaqla həftənin bütün günləri iki dəfə - saat 15:00-də və 19:00-da sirkdə proqramlar nümayiş olunur. 2 saat davam edən proqramı 1000 tamaşaçı izləyə bilər.

2 saat davam edən proqramı 1000 tamaşaçı izləyə bilər.
2 saat davam edən proqramı 1000 tamaşaçı izləyə bilər.
Qiymətlər isə şounu zalda izləmək üçün 6 manat, lojada isə 8 manatdır. 3 yaşadək uşaqlara giriş haqqı isə pulsuzdur.

Proqrama şirlər, pələnglər, ponilərlə nömrələr, akrobatların, hava gimnastlarının, klounların çıxışı və başqa nümunələr daxildir.

Amma sirkə gələnlər arasında biletin qiymətinə görə sirkin həndəvərində dolanıb, geri qayıdanlar da var, qiymətləri görüb sevincək bilet alanlar da:

- «Biletə 6 manat verdik. Bir az bahadır. Nə etmək olar? Uşaq istəyib, gətirməliyik».

- «Bakıda ilk dəfə səyyar sirk çox maraqlıdır. Gəldik maraqlanaq, münasib olsa, gələcəyik. Qiymətlər yaxşıdır. 3 yaşadək uşaqlar üçün isə pulsuz olması lap yaxşıdır. Bir-iki günə uşaqları yığıb, gətirəcəyik».

Samir Abbasov
Samir Abbasov
- «Qiymətlər çox bahadır. Uşaqları gətirməyə imkan çatmır».

SƏYYAR SİRK BAKIDA VƏ RAYONLARDA...

«Fantaziya Sirk»in səs və efir rejissoru Samir Abbasov deyir ki, xarici sirk ustalarının göstərdiyi bir-birindən maraqlı nümunələr qarşılığında biletlərin qiyməti normaldır:

«Artistlər xaricdən dəvət olunublar. Onlar bütün dünyanı gəzirlər. Bizim «Fantaziya Sirk»in isə təəssüflər olsun ki, öz sirk ustaları yoxdur. Tamaşaçıların sirkə marağı və həvəsi artarsa, biz öz aktyor truppamızı yaratmağı planlaşdırırıq».

«Fantaziya Sirk» Azərbaycana yaxın vaxtlarda gətirilib. Samir Abbasov deyir ki, özəl fəaliyyət göstərəcək sirk hələ ki yalnız Bakıda və bölgələrdə proqramlar nümayiş etdirəcək.
XS
SM
MD
LG