Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:01

Bəzi məllumatlarda Qaddafinin öldüyü bildirilir


Liviyanın devrilmiş lideri Muammar Qaddafinin Sirt şəhərində ələ keçməsi və ölümüylə bağlı məlumatlar gəlməkdədir.

Amma müvəqqəti milli şuranın sözçüsü Mahmud Shammam BBC-ə müvəqqəti hökumətin hələlik bu məlumatı təsdiqləyə bilmədiyini deyib.

Həmçinin ABŞ Dövlət Departamenti və NATO hələlik bu məlumatları təsdiqləyə bilımədiklərini deyirlər.

Yerli kütləvi informasiya vasitələri Qaddafinin Sirt şəhərindən maşınla çıxmaq istəyərkən atəşə düşdüyünü və ələ keçdiyini xəbər verirlər.

Liviyadakı müvəqqəti milli şura bundan əvvəl Qaddafinin doğma şəhəri Sirtin ələ keçirildiyini xəbər vermişdi.
XS
SM
MD
LG