Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

Hillary Clinton Talibanın 2 yolu olduğunu deyir


ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, talibançılar sülh danışıqlarına getməsələr küclü müqavimətlə üzləşəcəklər.

O bunu cümə axşamı Kabildə bildirib.

Hillari Clinton səfər zamanı prezident Hamid Karzai və vətəndaş cəmiyyətinin liderlərilə görüşüb.

Hillary Clinton Əfqanıstandan qonşu Pakistana yollanacaq.

Dövlət katibi səfər zamanı Pakistanın hakim dairələrini terrorçuluqla mübarizə, talibançılarla milli barışıq və iqtisadi sahələrdə Əfqanıstanla daha yaxından əməkdaşlığa çağırmaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG