Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:53

Qaddafinin ələ keçdiyi bildirilir


Liviyanın devrilmiş lideri Muammar Qaddafinin Sirt şəhərində ələ keçməsilə bağlı məlumatlar gəlməkdədir.

Əl-Cəzirə televiziyası Liviyanın kütləvi informasiya vasitələrinə istinadla Qaddafinin maşınla şəhərdən çıxmaq istəyərkən yolda yaxalandığını xəbər verir.

Müvəqqəti milli şuranın nümayəndəsi Abdel Jalil isə Qadafinin ayağından ağır yaralandığını və təcili yardım maşınına götürüldüyünü bildirir.

ABŞ Dövlət Departamenti hələlik məlumatı təsdiqləyə bilımədiyini deyir.

Liviyadakı müvəqqəti milli şura bundan əvvəl Qaddafinin doğma şəhəri Sirtin ələ
keçirildiyini xəbər vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG