Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

ABŞ PKK ilə mübarizədə Türkiyəyə dəstəyi davam etdirəcək


ABŞ qadağan olunmuş Kürdüstan işçi partiyasının yaraqlılarıyla mübarizədə Türkiyə ilə həmrəy olduğunu bəyan edib.

Bunu Dövlət departamentinin sözçüsü Mark Toner bəyan edib.

İraqda fəaliyyət göstərən kürd yaraqlılarının Türkiyənin cənub-şərqindəki hərbi məntəqələrə hücumu nəticəsində 24 türk əsgəri həlak olub.

Türkiyə ordusu hazırda İraqın şimalında kürd yaraqlılarına qarşı hərbi əməliyyat aparır.

İraq, ABŞ, Avropa Birliyi və NATO kürd yaraqlılarının hərəkətini kəskin ittiham ediblər.
XS
SM
MD
LG