Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

“Xural”ın nəşri dayandırılmayacaq


“Qəzetinin nəşrini dayandırmaq fikrimiz yoxdur. Biz qəzetin növbəti sayını buraxmağa hazırlaşırıq”.

AzadlıqRadiosuna müsahibəsində bunu oktyabrın 19-da əmlakı müsadirə olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib.

“Biz bütün dostlara, yaxınlara müraciət etmişik, hərə bir notebook gətirib, indi işimizi davam etdiririk”.

Baş redaktor hesab edir ki, müstəqil mətbuata qarşı belə bir addım atılması növbəti özbaşınalıq və hakimiyyətin hər an istinad etdiyi qanunun aliliyi prinsipinə həqarətdir.
Nərimanov rayon məhkəməsinin icraçıları oktyabrın 19-da “Xural” qəzetinə məxsus 9 dəst kompüteri, 4 printeri, 1 skaner aparatını, 1 televizoru, telefon və faks aparatlarını və 1 diktofonu müsadirə ediblər.

Bir neçə siyasi partiya qəzetin əmlakının müsadirə olunmasını pisləyən bəyanatla çıxış edib.

Mətbuat Şurasının isə hələ ki məsələyə hər hansı münasibəti yoxdur. Qurumun mətbuat xidmətindən AzadlıqRadiosuna məsələdən xəbərsiz olduqlarını deyiblər.

“Xural” qəzetinin məhkəməyə verilməsi 2010-cu il qəzetdə gedən “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni sındırma planı” başlıqlı yazı ilə bağlı olub.

Qəzetə qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iddia qaldırıb.
İddiada qəzetdən yazı ilə bağlı təkzib və 10 min manat cərimə istənilib. Yazı ilə bağlı təkzib verilsə də iddiaçı qəzetin cərimə olunması iddiasını geri götürməyib.

“Xural” qəzetinin köşə yazarı Aydın Canıyev isə bu ilin avqustundan həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG