Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57

NATO sülhməramlıları serblərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Kosovanın şimalında NATO sülhməramlıları bu gün serb nümayişçilərinə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

150-yə yaxın nümayişçi Serbiya ilə sərhəddə Brnyak kontrol punktunda baş yolu kəsən barrikadanı sökməkdə əsgərlərə mane olmağa çalışıblar.

Kosovanın şimal rayonunda olan serb sakinlər iki əsas sərhədboyu keçidə girişi hələ iyul ayından dövrəyə alıblar. Səbəb isə əsasən albanların təmsil olunduğu hökumətin bu ərazilərə nəzarəti öz üzərinə götürmək istəyi olmuşdu.

Serbiya prezidenti Boris Tadis Kosovadan olan serbləri təmkinli olmağa, əsgərləri isə güc tətbiq etməməyə çağırıb.

Belqrad Kosovanın müstəqilliyini tanımır. Kosova 2008-ci ildə Serbiyanın tərkibindən çıxdığını birtərəfli şəkildə elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG