Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Buz Otelin rəhbərliyi bu yolla İsveçə daha çox turist cəlb etmək istəyir


2012-ci ildə İsveçin Yukkasxyarvi şəhərində xails buzdan məscid tikiləcək. Bu Allah evi həmin şəhərdəki məşhur Buz Otelin yanında inşa olunacaq.

Bu haqda “The Telegraph”a otelin icraçı direktoru İnqve Berqkvist məlumat verib. Onun sözlərinə görə, bir neçə ildir ki, hər dəfə Milad bayramı ərəfəsində otelin yaxınlığında buzdan kilsə tikilir. Burada Miladın ikinci günü xüsusi dini mərasim təşkil olunur.

BUZ KİLSƏDƏ 150 CÜTLÜK NİKAH KƏSDİRİR

“Bu proyekt dini dəyərlərin təbliği və bu şəhərə daha çox xarici turistin cəlb olunması baxımından böyük uğur qazanıb. Hətta Buz Kilsədə hər il dünyanın hər yerindən 150 cütlük nikah kəsdirir”.

İnqve Berqkvist hesab edir ki, Buz Məscidin tikintisi də İslam davamçıları üçün bu cür effekt verəcək.

“Biz hamıya açığıq və dini etiqad azadlığının tərəfdarıyıq. Bu məscidin imamı həm dini xidmətləri yerinə yetirəcək, həm də maraqlananlara İslamla bağlı məlumatlar verəcək”.

Buzlu Məscid eyni materialdan inşa edilən kilsənin yanında düzəldiləcək. Otel rəhbərliyi hesab edir ki, bu, iki din arasında dialoqu simvolizə edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG