Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:04

Fermerlərə «dilənçi payı», futbol boslarının bahalı oyuncaqları...


Foto: Arxiv
Foto: Arxiv
Qəzetlər 2012-ci ilin büdcə layihəsini müzakirə etməkdə davam edirlər.

«Bizim Yol» qəzeti 2012-ci ilin büdcə layihəsində aqrar sahəyə ayrılan vəsaiti «AQRAR SEKTORA AYRILAN «DİLƏNÇİ PAYI» hesab edir.

Qəzet yazır ki, ölkə əhalisinin 40 faizi kənd təsərrüfatında çalışsa da, bu sahəyə hüquq-mühafizə orqanlarından qat-qat az diqqət yetirilir.

Bu baxımdan da yazıda 2012-ci ilin büdcəsi «gücə meylli» büdcə kimi dəyərləndirilir.

«Çünki güc strukturlarında çalışanların sayı 100 min nəfəri ötmür. Bununla belə büdcədə aqrar sahə ilə müqayisədə daha çox paya malikdir», - deyə qəzet yazır.

«Azərbaycan» qəzetində müstəqilliyin 20 illiyi silsiləsindən nazirlərin yazıları davam edir. «ASAYİŞİN VƏ SABİTLİYİN KEŞİYİNDƏ» sərlövhəli yazıda Daxili İşlər naziri Ramil Usubov yazır: «Ötən 20 il ərzində orta və böyük rəis heyəti vəzifəsində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58.3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33.3 faizdən 76.4 faizə qaldırılıb».

Nazir həmçinin yazır ki, bu ilin 9 ayı ərzində korrupsiyaya şərait yaradan hallara yol verdikləri üçün 43 fakt üzrə 35 əməkdaş xidmətdən azad olunub.

«KLUBLAR BOSLARIN BAHALI OYUNCAĞINA ÇEVRİLİB». «Futbol+» qəzeti yazır ki, son turda baş tutan «Turan» - AZAL oyununda hakimin tovuzluların gürcüstanlı legionerinə qırmızı vərəqə göstərməsi «ağ-göylər»in prezidentini özündən çıxarıb. Hakimin qərarına əsəbiləşən prezident komandasının meydana çıxmasına icazə vermək istəməyib, sonradan fikrindən daşınıb.

«Buna görə də tovuzlular 2-ci hissəyə 12 dəqiqə gecikmə ilə çıxıb. Ümumiyyətlə, klub prezidentlərinin, rəhbərlərinin belə hərəkət etməsi yol verilməzdir. Klub rəhbəri olmaq, onun bütün xərclərini ödəmək o demək deyil ki, istədiyini edəsən», - deyə qəzet yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG