Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

ABŞ Çinə internet senzura ilə bağlı sorğu göndərib


ABŞ rəhbərliyi internetdə senzuranın meyarı ilə bağlı Çin hökumətinə rəsmi sorğu göndərib.

Sorğu Ümumdünya ticarət təşkilatının qaydalarına əsaslanıb, həmin qaydalara görə üzv ölkələrin ticarət sahəsində rəqabəti təmin etməsi öhdəlikdir.

ABŞ rəsmisinin dediyinə görə, ABŞ belə bir sorğu göndərməklə Çin hökumətinin hansı meyarlara görə xarici internet saytları bağladığını aydınlaşdırmaq istəyir ki, bu internet resursların sahibləri Çinin 500 milyonluq internet auditoriyası ilə əlaqə yaratmaq üçün ölkə rəhbərliyinin hansı rəsmi tələblər irəli sürməsindən xəbərdar olsunlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG