Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

Türkiyədə matəmdir


Türkiyənin şərqindəki Van şəhərində PKK terrorçularının hücumu nəticəsində ölənlərlə bağlı bu gün matəm mərasimi keçirilir. Terrorçuların dünən ölkənin cənub-şərqində ordu və polis birliklərinə etdiyi hücum nəticəsində ölən türk əsgər və polislərinin sayı 26-ya çatıb.

Türk hərbi qüvvələri İraqın şimalında kürd separatistlərinə qarşı hərbi əməliyyat həyata keçirirlər.

Bununla bağlı baş nazir Recep Tayyip Erdogan göstəriş verib, Erdogan bu hadisədən sonra Qazaxstana rəsmi səfərini də təxirə salıb.

İraq hökuməti, ABŞ prezidenti Barack Obama, NATO və Avropa Birliyi ölkələri kürd döyüşçülərinin bu hərəkətini pisləyiblər.

Dünən BMT-nin baş katibi Ban Ki-moon İraq ərazisindən qonşu ölkəyə belə bir hücumu “yolverilməz” adlandırıb, Bağdad və Ankaranı konstruktiv dialoqa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG