Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Booker mükafatı ingilis yazıçısına çatdı


İngilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan "Man Booker Prize" ingilis yazıçısı Culian Barnsa verilib.

50 min funt-sterlinq dəyəri olan mükafat yazıçıya “The Sense of an Ending” (“Sonun yaxınlaşması hissi”) romanına görə təqdim edilib.

Barns mükafatı udmağa ən şanslı namizəd sayılırdı.

O, dördüncü dəfə idi ki, qisa siyahıya düşürdü. Amma indiyəcən Booker-ə sahib ola bilməmişdi.

Onun 150 səhifəlik “The Sense of an Ending” romanının qəhrəmanı Tony Webster orta yaşlı bir kişidir.

O həyatda bütün istədiklərinə nail olub. Karyerası uğurlu olub, ailə qurub, maddi problemləri yoxdur.

Amma yaşlaşdıqca onda həyatı boyu inandığı dəyərlərə şübhə yaranır. O düşünür:

“Mən elə bir həyat istəyirdim ki, məni çox incitməsin və buna nail oldum. Amma indi məyusam”.

O, roman boyu öz tələbəlik illərini xatırlayır. Və məsuliyyət, səbəb-nəticə və s anlayışlara yenidən qayıdır.

Qəhrəman həyata ölüm prizmasından baxaraq düşünür ki, “həyatın məqsədi sadəcə, bizi sonda onu itirəcəyimizin reallığı ilə barışdırmaqdır”...

“Buker” mükafatı 1968-ci ildə təsis edilib.

Hər il təşkil edilən müsabiqədə Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.) yazıçıları ingilis dilində yazdıqları nəsr əsərləriylə iştirak etmək hüququna malikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG