Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 12:15
Moldovada Azərbaycan əsilli Rusiya yazıçısı Eduard Baqirovun axtarışı elan edilib.

O, ölkə paytaxtı Kişinyovda kütləvi hərc-mərcliyin təşkilində ittiham olunur.

Baş prokurorluq ev dustağı olan yazıçının qaçdığını deyir.

Rusiyalı bloqqer Rüstəm Adaqamovanın məlumatına görə o dostlarının köməkliyi ilə Moskvaya qaçıb.

Məhkəmə qaçdığına görə ona qiyabi 30 gün həbs cəzası kəsib.

O 2009-cu ildə kommunistlərin qələbəsindən sonra müxalifətin keçirdiyi etiraz aksiyaları zamanı baş vermiş hərc-mərcliyin təşkilində ittiham olunur.

Rusiyanın xarici işlər nazirliyi bundan əvvəl onun təcili azad edilməsini tələb etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG