Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Ərdoğan kürd yaraqlılarının təqib olunmasını təsdiqləyib


Türkiyə ordusu ölkənin cənub-şərqində bir neçə hərbi məntəqəyə hücum etmiş kürd yaraqlılarını təqib etməkdə davam edir.

Bunu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Türkiyə ordusunun İraq ərazisinə keçməsilə bağlı məlumatı birbaşa təsdiqləməsə də əməliyyatın beynəlxalq qanunlara tam uyğun aparıldığını deyib.

Məlumatlara görə hazırda İraq ərazisində 500-ə yaxın Türkiyə hərbçisi var.

Əməliyyatda hərbi hava qüvvələrindən də istifadə olunur.

Kürd yaraqlılarının Hakkari əyalətində törətdikləri bir neçə hücum nəticəsində azı 26 Türkiyə əsgəri ölüb.

NATO –nun baş katibi Anders Fogh Rasmussen bu hücumları kəskin ittiham edib, ölənlərin yaxınlarına başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG