Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

Körpəsi yaşasın deyə müalicədən imtina edən ana öldü


Dottie, NewsOK kanalılının videoreportajından görüntü

Dottie, NewsOK kanalılının videoreportajından görüntü

Stacie Crimm-ə həkimlər heç vaxt ana ola bilməyəcəyini deyirdilər. Odur ki, 41 yaşında, mart ayında hamilə olduğunu öyrənəndə bu ona “möcüzə” kimi görünmüşdü.

Amma hamililə qalandan bir neçə ay sonar kəsin baş ağrıları, görmə qabiliyyətinin pisləşməsi şikayətləriylə həkimə gedəndə onun boyun və beyin xərçəngi olduğu aşkarlandı.

Ancaq Stacie həyatını xilas etməyə imkan verəcək müalicəni metodunu – kimyəvi vasitələrlə müalicəni, kemoterapiyanı qəbul eləmədi. Bətnindəki körpənin həyatını xilas etmək üçün.

Avqust ayında ABŞ-da, Oklahomadakı evində qəfil yıxılanda sonra ona deyildi ki, şiş böyüməyə başlayıb və bundan dönüş olmayacaq.

Bir müddət sonra bətnindəki körpənin də ürək döyüntüləri azalmağa başladı, 90 dəqiqə sonra isə Stacie-nin ürəyi dayandı.

Məhz həmin anda həkimlər Stacie-ni həyata qaytarıb cəmi 5 aylıq, 1 kg çəkisi olan körpəni əməliyyatla ananın bətnindən götürdülər.

İndi, Dottie adı verlən körpə qızın qayğısına qalan Stacie-nin qardaşı Ray Phillips NewsOK kanalına deyir ki, “körpəsinin yaşadığını görmək üçün o da, bacısı da hər şey edərdi”.


MÖCÜZƏ...
Dottie, NewsOK kanalılının videoreportajından görüntü

Dottie, NewsOK kanalılının videoreportajından görüntü


Və həkimlər də bunu elədi. Tbbi bacıları uşağı xüsusi kapsulda yerləşdirib ölüm yatağında olan anasıyla üzbəüz, göz-gözə qoydular.

Ray Philips: “Bu çox inanılmaz idi. Hər kəs səssiz o anı izləyirdi. Mən deyərdim ki, bu möhtəşəm an idi”.

Stacie 3 gün sonra, sentyabrın 14-də dünyaya birdəfəlik gözlərini yumdu.

Qızı Dottie-ni isə artıq xəstəxanadan buraxıblar. 2.5 kg çəkisi olan Dottie tam sağlamdır və dayısı Ray-in digər 4 övladıyla yaşayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG