Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:03

Qəzaların əsas səbəbi - yüksək sürət


Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizdən çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şəbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, yanvar-sentyabr aylarında respublikada 2237 yol qəzası qeydə alınıb. Qəzaların 984-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu hadisələrdə 368 nəfər ölüb, 929 nəfər xəsarət alıb.

Ümumilikdə isə ölkədə baş verən qəzalar zamanı 512 nəfər ölüb, 2459 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəzaların 847-si piyadaların vurulması olub. Bu hadisələrdə 266 piyada ölüb, 645 nəfər yaralanıb.

Bu ilin 9 ayında Bakıda 1018 yol qəzası zamanı 261 nəfər həlak olub, 1117 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG