Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

W.Burns İ.Əliyevlə demokratiya məsələsini müzakirə edib


“Azərbaycanda demokratiya, söz azadlıgı, muxalifət fəallarının həbsə atılması ilə baglı məsələlərdə biz öz narahatlığımızı ifadə etməkdə davam edirik”.

Bunu oktyabrın 18-də ABŞ Dövlət katibinin birinci müavini Uilyam Börns (William J. Burns) jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə gorə, prezident Əliyevlə görus zamanı muzakirə etdiyi məsələlərdən biri də elə demokratiya olub:

“Biz vətəndas cəmiyyətinin əhəmiyyəti barəsində də söhbət elədik. Mən bir daha demokratik və iqtisadi islahatların əhəmiyyətini vurğuladım. Bu, Azərbaycan xalqının, Azərbaycan vətəndaslarının dərin marağında olan məsələdir. Bu həm də xalqın uzunmuddətli tərəqqi və firavanlığının elementidir. Kecən il dövlət katibi Hillari Klintonun qeyd etdiyi kimi, bizim dunyada ən yaxın əlaqələrimiz insan huquqları və qanunun aliliyinə hörmət edən olkələrlədir ”.

Uilyam Börns vətəndaş cəmiyyəti təmsilciləri ilə də görus kecirib:

“Onların fikirlərinə və ideyalarına oz dəstəyimizi ifadə etmək imkanı əldə etdim. Azərbaycan cox böyuk potensiala malik bir ölkədir. Birləsmis Ştatlar bu potensialı reallasdırmaq isinə sadiqdir”.

Dövlət katibinin müavini deyir ki, prezident Obama və dövlət katibi Klinton Azərbaycanla ikitərəfli munasibətlərə böyuk önəm verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG