Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:48
ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri səfir Koray Tarqay oktyabrın 17-dən Naxçıvanda səfərdədir. Oktyabrın 17-də Koray Tarqay Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmilərlə görüşüb.

Oktyabrın 18-də isə səfir müxalifət partiyalarının Naxçıvandakı nümayəndələri ilə görüşüb.

Müsavat Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədri Meydan Babayevin məlumatına görə, görüşdə Naxçıvandakı ictimai-siyasi vəziyyət, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, seçki məcəlləsinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG