Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:00

Həccə gedənlərin sayı daha 2 min artıb


Arxiv foto
Arxiv foto
Rusiyadakı müsəlmanlar arasında Həcc ziyarətinə gedənlərin sayı artırılıb. Artıq bu barədə Səudiyyə Ərəbistanı ilə Rusiya hökuməti arasında razılaşma əldə olunub.
Hələ bu ilin iyulunda Rusiya prezidenti Dmitri Medvedyev Nalçikdə olarkən yerli müsəlman icmaları ilə görüşündə Məkkəyə gedə bilən zəvvar sayının az olması ilə bağlı şikayət almışdı. Həmin vaxt prezident rus zəvvarları üçün kvotanın artırılacağına söz vermişdi.
Sonradan Rusiya Xarici İşlər Nazirliyinin səy nəticəsində Səudiyyə Ərəbistanı ilə yeni saziş imzalanıb. Açıqlanan məlumatlara görə, bu il Məkkəyə gedəcək rusiyalı müsəlmanların sayı 2 min nəfər artırılıb.
Beləliklə, bu dəfə Rusiyadan 10,5 min nəfər Həccə gedəcək. Kvotanın əsas hissəsi dağıstanlı müsəlmanlar tərəfindən istifadə olunur. Onların üçdə biri senator Süleyman Kərimovun dəstəyi ilə ziyarətə pulsuz gedir.
Bu ili zəvvarlar arasında ən yaşlısı – 82 yaşlı Ədlifə Huseinovadır. Bu xanım Nijeqorodsk vilayətində yaşayır.
HƏCCƏ BURAXMADILAR, 75 MİN DOLLAR KOMPENSASİYA ALDI
Amerikada ziyarətə getmək üçün məzuniyyət ala bilməyən müəllimə təhsil idarəsini cərimələtdirib.
ABŞ Ədliyyə Nazirliyi Börkli şəhərinin orta təhsil departamentinə qarşı qərar çıxarıb. Qərara əsasən, bu qurum keçmiş müəllimə Safura Xana (Safoorah Khan) 75 min dollar məbləğində kompensasiya verməlidir. Səbəb isə xanımın işlədiyi məktəb rəhbərliyinin ona Həccə getməsinə icazə verməməsidir.
Safura 2008-ci ildə İllinoys ştatındakı orta məktəblərdən birində müəllimə işləyirmiş. Həmin il o, Həcc ziyarətinə getmək üçün yerli təhsil departamentindən məzuniyyət istəyib. Lakin ona deyiblər ki, ya öz hesabına getməlidir, ya da işdə qalmalıdır. «İş ya inanc» dilemması qarşısında qalan Safura Xan sonda ikincini seçir və ərizəsini yazıb işdən çıxır.
Məkkəyə gedib-qayıdandan sonra isə 30 yaşlı müəllimə təhsil departamentini məhkəməyə verir. İddia ərizəsində bildirir ki, ona işdən məzuniyyət verilməməsi dini etiqad azadlığının pozulmasına gətirib çıxarır.
«BUNDAN SONRA MÜSƏLMANLARIN ETİQADINA DAHA HÖRMƏTLƏ YANAŞARLAR»
Səfurə Xan məhkəmənin onun xeyrinə qərar çıxarmasını alqışlayır:
«Mən məhkəmədə udmağıma çox sevinirəm. Çünki bu, bir presedent yaradacaq. Yəqin bundan sonra işə götürənlər müsəlmanların dini etiqadlarına daha hörmətlə yanaşar».
TƏHSİL İDARƏSİ DİNDAR İNSANLAR ÜÇÜN TƏDBİRLƏR PLAN HAZIRLAMALIDIR
Ədliyyə Nazirliyi gələcəkdə bu cür insidentlərin baş verməsinin qarşısını almaq üçün təhsil idarəsi qarşısında digər tələblər də qoyub. Belə ki, departament yerli qanunvericiliyə uyğun olaraq insanların dini tələbatlarının ödənilməsi üçün kompleks tədbirlər planı hazırlamalıdır.
Bundan əlavə, qərara əsasən, təhsil departamenti məktəb inspektorları üçün dini sorğuların cavablandırılması üzrə məcburi təlimlər təşkil etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG