Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

İlham Əliyev ABŞ Dövlət katibinin birinci müavinini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Dövlət katibinin birinci müavini Uilyam Börnsü (William J. Burns) qəbul edib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində qlobal layihələr və təşəbbüslərlə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunulub.

Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edilib. /AzərTAc/

Günün bütün mövzuları

XS
SM
MD
LG