Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Həmas 5 il əvvəl əsir aldığı İsrail əsgəri Gillad Shaliti azad etdi


İsrail Həmasın əsirlikdə saxladığı Gillad Shalitin azad olunmasını təsdiqləyib. İsrail mətbuatı məlumat verir ki, Shalit ölkə rəsmilərinə təhvil verilib.
Misir televiyası azad olunmuş Shalitin təsvirini verib.

Onun azadlığından sonra yüzlərlə sərbəst buraxılmış fələstinli məhbusun olduğu avtobus Misirdən Qəzaya yola salınıb.

İsrail əsgəri Gillad Shalit 2006-cı ildə Həmas tərəfindən əsir alınıb.

Ötən həftə Həmas və İsaril hökuməti arasında razılaşma əldə olunub ki, əsgərin azad edilməsi müqabilində İsrail həbsxanasında saxlanan mindən çox fələstinli sərbəst buraxılsın.

Razılaşmaya görə, ilk öncə 500-ə yaxın fələstinli buraxılıb, İsrailli əsgər azadlığından sonra iki ay ərzində isə yerdə qalan sərbəst buraxılacaq.
XS
SM
MD
LG