Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:21

Yəməndə döyüş gedir


Yəməndə prezident Ali Abdullah Saleh tərəfdarları ilə onun hakimiyyətdən getməsini istəyən qüvvələr arasında baş verən toqquşmalarda ölənlər olub. Yəmən rəsmiləri bildiriblər ki, azı 18 adam ölüb, 30 adam yaralanıb.

Məlumatlara görə, gərginlik axşam saatlarında yaşanıb, hər iki tərəf paytaxtda raketlər, toplar və ağır texnikadan istifadə edir.

Ali Abdullah Saleh 33 ildir ki, Yəməndə hakimiyyət başındadır. Bir neçə aydır ki, o, əksər ölkə vətəndaşlarının istefa tələbi ilə üzləşib.
XS
SM
MD
LG