Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Suriyada 25 adam öldürülüb


Suriya təhlükəsizlik əməkdaşlarının Homs şəhərində azı 25 adamı öldürdüyü bildirilir. Reutersin məlumatına görə, Homsda oktyabrın 17-də şəhərin sünni sakinləri ilə prezident Bəşər əl-Əsədin məxsus olduğu ələvilər sektasının üzvləri arasında gərginlik yaşanıb.

Bu zorakılıqdan əvvəl Ərəb Liqası rəsmi Dəməşqlə müxalifət arasında danışıqlar keçirilməsini təklif edib.

Müxalifəti təmsil edən Suriya Milli Şurası deyib ki, hakimiyyət zorakılığa son qoymasa, hər hansı danışıqdan söhbət gedə bilməz. Bəşər əl-Əsəd hökuməti buna əks reaksiya verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG