Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:05

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür (Video və fotoqalereya)


Bakıda Müstəqillik bayramı
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Paytaxt sakinləri şəhərdə bayram əhval-ruhiyyəsinin hiss olunmamasından gileylənirlər.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 20 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir. Yerdə qalanların böyük əksəriyyəti sessiyaya qatılmır, az sayda deputat isə səsvermədə bitərəf qalır.

«Demokratik Azərbaycan» blokunun təklifi ilə səsvermə adbaad keçirilib. Müstəqillik Aktının əleyhinə bir nəfər də səs verməyib.

Konstitusiya Aktında deyilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda bu məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i referendumda iştirak edərək ölkənin müstəqilliyinə səs verir.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr-Müstəqillik Günü, 12 noyabr-Konstitusiya Günü, 17 noyabr-Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.


Azərbaycanı müstəqilliyə aparan hadisələr və Ali Sovetdə Dövlət Müstəqilliy haqqında Konstitusiya Aktının Qəbul edildiyi gün çəkilən şəkillər. Şəkilləri həmin dövrün fəallarının şəxsi arxivindən almışıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG