Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10
Xuraman Hüseynzadə

YENİ ŞEİRLƏR


***

Qal elə mələk kimi,
girmə şeytan donuna.
Ayaqlarım yerimir,
məni məcbur aparma
məhəbbətin sonuna…

***

Bu yol gedər-gələr yoldu,
Bu yollardan gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə, gəldiyi tək…

***

Yuxusuzluq mənə
“pəncərədən bayıra bax” deyir...
Açıram pəncərəni...
Şəhərin hələ
insan nəfəsi dəyməyən
saf havası
atır özünü
taybatay açılan pəncərədən
evimizin ağuşuna...
Dan yeri ilmə-ilmə
söküldükcə
şəhərin eybi açılır:
küçələrdə insanlar görünür,
səs-küylü maşınların arxasınca
tüstülər sürünür...
Şəhər oyanır.
Yatmaq zamanıdır...

***

Bu gecə də eyni gecələrdən...
Xəstəxana havası darıxdırır məni...
Ən azından buradan tez cəhənnəm
olub getmək ümidim var.
Bunun üçün, yalnız bunun üçün
Ən əziz dostum
gecənin arxasınca su atmaq istəyirəm...

***

Bir ümid ağacı bitib ürəyimdə,
O, gələcək,
sevgisini sübut etmək üçün
özünü
O ağacın budağından asacaq…


***

Həyatın yazı da,
payızı da var,
Yaş üstə yaş gəlir
keçdikcə zaman.
Qara saçlarına
səpələnən qar
Mənim ürəyimi
üşüdür yaman....


***

Səndən öncə
mən var idim...
Məndən öncə
sevgi.
Sevgidən öncə
ayrılıq...
İndi nə sən varsan,
nə sevgi...
Bir mən varam, bir də
ayrılıq...

***

Ürəyimdən gül düzəldib şehini içdim,
Gozlərimin yaşlarini boynuma taxdim.
Yollarını gözlədikcə saraldim, soldum,
Sənin isə oyuncağın hisslərim oldu…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG