Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:01

Küveyt “Əbu-Bəkr” məscidinin bağlı qalmasından narahatdır


Bakıdakı "Əbu-Bəkr" məscidi
Bakıdakı "Əbu-Bəkr" məscidi
Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayi oktyabrın 17-də azərbaycanlı deputatlarla keçirdiyi görüşdə belə deyib. Nümayəndə heyətini Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri olan deputat Çingiz Əsədullayev qəbul edib. APA-nın məlumatına görə, görüşdə parlamentlərarası münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Vəlid ət-Tabatabayi həmçinin bildirib ki, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə bilər.

«Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər».

Ç. Əsədullayev isə bildirib ki, “Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. “Əbu Bəkr” məscidinin fəaliyyəti isəməsciddə törədilən terror aktının istintaqı başa çatdıqdan sonra bərpa olunacaq. Küveytin yardımıyla tikilən digər 70-ə yaxın məscidin fəaliyyəti isə davam edir”.

2008-ci ili avqustunda törədilən terror aktından sonra Bakıdakı "Əbu-Bəkr" məscidi fəaliyyətinə icazə verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG