Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

İran sui-qəsd iddialarını yoxlamağa hazırdır


İran ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirinə sui-qəsddə əli olmasıyla bağlı iddiaları araşdırmağa hazırdır.

İran Xarici İşlər naziri Ali Akbar Salehi İRNA agentliynə belə deyib. Onun sözlərinə görə, hətta bu iddianın qurama olmasına inansalar da, faktları yoxlamağa hazırdırlar. Və bundan ötrü ABŞ-a müraciət ediblər ki, konkret ittihamlar və hansı yolla sui-qəsddə əli olmalarıyla bağlı faktlarla onları tanış etsin.

Günün əvvəlində İran ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirindən sui-qəsd ittihamıyla həbs eidlən şəxslə görüş təşkil etməsini istəyib. Sentyabr ayında Amerikada tutulan Manssor Arbabsiarın həm İran, həm də ABŞ vətəndaşlığı var.
XS
SM
MD
LG