Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Belarus kredit istəyirsə “sabitlik və islahatlara” təminat verməlidir


Belarus Beynəlxalq Valyuta Fondundan kredit almaq istəyirsə islahat keçirəcəyinə möhkəm təminatlar verməlidir. Belarus prezidenti Alyaksandr Lukahsenka ilə görüşən BVF missiyasının rəhbəri Chris Jarvis oktyabrın 17-də belə deyib.

Onun sözlərinə 7 milyard dollar kreditinlə bağlı müzakirələrə başlamaq üçün Belarus rəsmiləri “sabitlik və islahat”la bağlı təminat verməli və artıq bu illik 60 faizi keçən inflyasiyanı aşağı salmalıdır.

Belarus müstəqilliyini əldə edəndən sonrakı ən böyük iqtisadi böhranını yaşayır. İlin əvvəlindən bu yana milli valyuta 65 faizdən çox ucuzlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG