Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:37

Türkiyə Azərbaycanda müdafiə sənayesi ofisi açır


Foto: Arxiv
Foto: Arxiv
Bakıda Türkiyə müdafiə sənayesi ofisinin açılması planlaşdırılır.

Bu barədə «APA»ya Türkiyə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad Bayar bildirib.

Konkret tarix söyləməyən M.Bayar ofisin açılışının yaxın vaxtlarda baş tutacağını deyib.

«Biz əslində Bakını ölkəmizin bir parçası kimi görürük və şirkətlərimizin burada ofisləri var. Əlaqələrimiz inkişaf etdikcə, burada müdafiə sənayesi ofisinin açılışı da mümkün olacaq. Onu da deyim ki, ofisin açılması bizim üçün təcili layihə deyil. Bu layihə uyğun zamanda həyata keçiriləcək», - deyə M. Bayar əlavə edib.

M.Bayar Bakıda açılacaq ofisin Cənubi Qafqaz, həmçinin bütün Mərkəzi Asiyanın türk respublikaları üçün regional mərkəz olacağını qeyd edib.
XS
SM
MD
LG