Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

Dmitri Medvedev İlham Əliyevə təbrik məktubu göndərib


D. Medvedev və İ. Əliyev

D. Medvedev və İ. Əliyev

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

«Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün respublika dinamik inkişaf edir, iqtisadiyyatda və sosial sahədə nəzərəçarpacaq uğurlar qazanır, regionda və dünyada xarici siyasi mövqelərini möhkəmləndirir. Bu əlamətdar gündə biz müasir demokratik dövlətin əsaslarının formalaşdırılması, Rusiya və Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox iş görmüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevə ehtiramımızı bildiririk.

Bu illər ərzində Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilmiş strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də möhkəmlənməsinə qarşılıqlı niyyətlərimizi xüsusi məmnunluqla qeyd etmək istəyirəm.

Əminəm ki, səmərəli siyasi dialoq, ticari-iqtisadi, investisiya, humanitar və digər sahələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxşaxəli ikitərəfli əməkdaşlığın dinamik inkişafına bundan sonra da kömək edəcək.

Dost Azərbaycan xalqına səmimi qəlbdən sülh və tərəqqi arzulayıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG